Главная > Hadisə > Ər-arvadı döydülər, evdən 5 000 manat apardılar
Ər-arvadı döydülər, evdən 5 000 manat apardılar3-08-2020, 12:57. Разместил: azadses |
Bakıda quldurluq hadisəsi baş verib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə iyulun 20-də 2 nəfərin aldadaraq S.Melyoxinanın yaşadığı mənzilə girməsi, onun və əri R.Fomişçinin ağız və əl-ayağını yapışqanlı lentlə bağlayıb, döyərək oradan 5 000 manat pul aparmaları barədə müraciət daxil olub. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A.İzzətov saxlanılıb, digərinin isə şəxsiyyəti müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri davam etdirilir. Вернуться назад |