Главная > Hadisə > Moskvada keçmiş xokkeyçinin cəsədi qan içində tapıldı

Moskvada keçmiş xokkeyçinin cəsədi qan içində tapıldı


7-11-2022, 12:16. Разместил: admin
Moskvada keçmiş xokkeyçi Aleksandr Lifanovun meyiti evdə qan içində tapılıb.

Cəsədi mənzilin açarlarına sahib olan qonşu aşkar edib.

Bundan əvvəl həmin qonşuya üz tutan digər bir qonşu bildirib ki, üç saatdır Lifanovun mənzilindən su səsi gəlir. Bir müddət əvvəl isə o, sanki yıxılmağa bənzər küt səs eşidib.

Qapını açan qonşu 43 yaşlı xokkeyçini mətbəxdə ölü tapıb. O, təcili yardım və polis əməkdaşlarını çağırıb.

Ölümün səbəbi qan itkisi olub. Baş verənlərin detalları müəyyənləşdirilir.

Qonşusunun dediyinə görə, A.Lifanov əvvəllər peşəkar xokkey oynayıb, lakin kəllə-beyin travması alıb və bu səbəbdən o, 5 ildən artıqdır ki, Nevroloji Dispanserdə qeydiyyatda olub.

Qeyd edək ki, A.Lifanov 89 oyun keçirdiyi Tver Xokkey Klubunda (THK) hücumçu kimi çıxış edib.
Вернуться назад