Главная > Hadisə > Kürdəmirdə 17 yaşlı qadın doğuş zamanı ölüb - YENİLƏNİB
Kürdəmirdə 17 yaşlı qadın doğuş zamanı ölüb - YENİLƏNİB6-11-2022, 19:17. Разместил: admin |
Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında 2005-ci il təvəllüdlü Şəbinur İsayeva qeysəriyyə əməliyyatından sonra səhhətinin pisləşməsi nəticəsində ölüb. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Təhqiqat aparılır. 16:13 Kürdəmirdə 17 yaşlı qız doğuş zamanı ölüb APA xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb. Məlumata görə, 17 yaşlı Şəbnur İsmiyeva ötən gün doğuş zamanı dünyasını dəyişib. APA-nın əldə etdiyi məlumata görə, Şəbnur İsmiyeva bir il əvvəl kənd sakini ilə evlənib. Lakin onların rəsmi nikahı olmayıb. Вернуться назад |