Главная > Hadisə / Manset > Sabirabadda avtomobil kanala aşdı - 2 ölü,3 yaralı

Sabirabadda avtomobil kanala aşdı - 2 ölü,3 yaralı


6-11-2022, 18:12. Разместил: admin
Sabirabadın Nizami kəndində ağır yol qəzası olub, ölən və yaralananlar var.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hərəkətdə olan “Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına aşması nəticəsində Beyləqan rayon sakini, sürücü Vəlizadə Elman Mürşüd oğlu, sərnişin - Ağcabədi rayon sakini, 1961-ci il təvəllüdlü Nəsirova Məhbubə Əşrəf qızı hadisə yerində ölüb.

Qəza zamanı digər sərnişinlər - Ağcabədi rayon sakinləri: 1972-ci il təvəllüdlü Vəliyev Mürşüd Elman oğlu, 1973-cü il təvəllüdlü Vəliyeva Zülfiyyə Əliağa qızı və 2006-cı il təvəllüdlü Nəsirli Əsmər Bakir qızı müxtəlif xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад