Главная > Hadisə / Manset > Göygöldə FACİƏ: 21 yaşlı qadın zəhərlənmədən öldü

Göygöldə FACİƏ: 21 yaşlı qadın zəhərlənmədən öldü


6-11-2022, 11:23. Разместил: admin
Göygöldə 21 yaşlı qadın zəhərlənmə diaqnozu ilə yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

"Report"un Qərb bürosunun məlumatına görə, Göygöl rayon sakini, 2001-ci il təvəllüdlü İ.Əliyeva tibbi dərmandan zəhərlənib.

O, xəstəxanaya yerləşdirilib və həkimlər tərəfindən tibbi yardım göstərilib.

Lakin vəziyyəti ağır olduğundan həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад