Главная > Hadisə / Manset > Sui-qəsdə məruz qalan İmran Xanın son durumu açıqlandı – YENİLƏNİB + VİDEO
Sui-qəsdə məruz qalan İmran Xanın son durumu açıqlandı – YENİLƏNİB + VİDEO3-11-2022, 19:06. Разместил: admin |
Pakistanın keçmiş Baş naziri İmran Xan sui-qəsd cəhdi zamanı ayağından 3-4 güllə yarası alıb. Bu barədə onun partiyasının üzvləri məlumat veriblər. Sabiq hökumət başçısı xəstəxanaya yerləşdirilib. Onun yarasının yüngül olduğu bildirilib. 18:18 Pakistanın keçmiş baş naziri İmran Xana sui-qəsdə cəhd edilib. Belə ki, o, yürüş keçirən tərəfdarlarının atəşə tutulması zamanı ayağından yaralanıb. Yerli KİV həmçinin onun partiyasının beşə qədər nümayəndəsinin yaralandığını yazır. Cinayətkar saxlanılıb. Xatırladaq ki, Pakistanda aprelin 10-da parlamentdə baş nazir İmran Xan və hökumətinə etimad səsverməsi keçirilib. Hökuməti etimad qazana bilmədiyi üçün Xan tutduğu vəzifədən azad edilib. Aprelin 11-də Şahbaz Şərif yeni baş nazir seçilib. Вернуться назад |