Главная > Hadisə > Jurnalist İmran Xanın olduğu maşının təkərləri altında can verdi - FOTO
Jurnalist İmran Xanın olduğu maşının təkərləri altında can verdi - FOTO31-10-2022, 10:42. Разместил: admin |
Pakistan televiziyasının müxbiri Sədəf Naim keçmiş baş nazir və Pakistanın “Təhrik-e-İnsaf” (PTI) partiyasının sədri İmran Xanın olduğu yük maşınının təkərləri altında can verib. Hadisə jurnalistin İslamabada yollanan Xan tərəfdarlarının yürüşünü işıqlandırması zamanı baş verib. Qadın itələnib və maşının təkərlərinin altına düşüb. Hadisədən sonra PTI rəhbərliyi yürüşü dayandırıb. İmran Xan Sədəf Naimin ölümü ilə bağlı başsağlığı verib. Pakistanın Baş naziri Şahbaz Şərif mərhumun ailəsinə təzminat vəd edib. Вернуться назад |