Главная > Hadisə > Biləsuvarda avtomobillə mikroavtobus toqquşub: İki nəfər ölüb, 13 nəfər yaralanıb - YENİLƏNİB

Biləsuvarda avtomobillə mikroavtobus toqquşub: İki nəfər ölüb, 13 nəfər yaralanıb - YENİLƏNİB


30-10-2022, 10:58. Разместил: admin
Bu səhər Biləsuvar rayonunda iki nəfərin ölümü, 13 nəfərin yaralanması ilə nəticələnən hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun, Biləsuvar rayonunun Xırmandalı - Hacıqışlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

BMW markalı avtomobillə “Mercedes” markalı mikroavtobus toqquşub.

Hadisə yerində 2 nəfər dünyasını dəyişib, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır. Əlavə məlumat veriləcək.

09:55

Biləsuvar rayonunda BMW markalı minik avtomobili və “Mercedes” markalı mikroavtobus toqquşub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Biləsuvar rayonunun Xırmandalı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, BMW markalı minik avtomobili və “Mercedes” markalı mikroavtobus toqquşub, iki nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində zədələnmiş avtomobildən bir nəfər sağ, digər bir nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Вернуться назад