Главная > Hadisə / Manset > Həbsdə saxlanılan qazinin vəkili: “Qarşı tərəfin şahidi zərərçəkənlə tanışlığı olmadığını etiraf edib” - FOTO
Həbsdə saxlanılan qazinin vəkili: “Qarşı tərəfin şahidi zərərçəkənlə tanışlığı olmadığını etiraf edib” - FOTO28-10-2022, 20:21. Разместил: admin |
“Qarşı tərəfin şahidi zərərçəkəni yeni tanıdığını etiraf edib”. Bunu Ukraynada həbsdə saxlanılan azərbaycanlı qazi, Vətən müharibəsinin iştirakçısı Misir Qasımlının vəkili Aygül Rəfiyeva Oxu.Az-a açıqlamasında deyib. Onun sözlərinə görə, zərərçəkən məhkəmədə qeyri-adekvat hərəkətlər edib: “Dünən məhkəmə prosesi baş tutdu. Qarşı tərəfin şahidi məhkəməyə gəldi. Zərəçəkmiş də məhkəməyə onlayn şəkildə qoşuldu. Əslində zərərçəkənin şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəməyə ya səfirlikdən qoşulmalı idi, ya da iştirak etməli idi. Şahid özü də Britaniya vətəndaşı idi. İfadəsində zərərçəkənlə dost olduğu qeyd olunub. Lakin məhkəmədə zərərçəkəni iki gün tanıdığını etiraf edib. Heç tanışlıqları yox imiş. Suallara düzgün şəkildə cavab verə bilmirdi. İzahatı 3 dəfə dəyişdirilib”. Vəkil qeyd edib ki, şahid zərərçəkənin həmin gün qolunda “Rolex” saatı olduğunu təsdiqləyib: “Bildiyi təkcə o idi. Həmin gün restoranda şahid, zərərçəkən, bir nəfər dostları və oğlu bir yerdə olublar. Oturanda şahid yox, digər tanışları saatı alıb baxıb. İçkili olublar. Bəlkə də saat dostlarında qalıb. Zərərçəkənin psixi xəstəliyi var. Özünü məhkəmədə qeyri-adekvat aparırdı. Verdiyi ifadələr yazdığı ilə zidd gəldi. Sual mərhələsinə belə keçid edə bilməyiblər. Zərərçəkən ağzından qaçırdı ki, polislər ona 3000 dollar pul təklif ediblər. Hər şey videogörüntülərə həkk olunub”. Bununla yanaşı zərərçəkən və şahid bildiriblər ki, həmin gün “Veranda” kafesindən çıxıb “Just” kafeyə gediblər. Amma məlum olub ki, “Veranda”dan çıxıb “Queen Kıyev” kafesinə gediblər. Daha sonra “Just” kafeyə gediblər. Şahid və zərərçəkən bildirmədi”. A.Rəfiyeva məhkəmənin noyabrın 1-ə qədər uzadıldığını əlavə edib: “Misir Qasımlı və Sübhan Quliyev hər ikisi məhkəmədə iştirak ediblər. Qərar o oldu ki, məhkəmə noyabrın 1-nə qədər uzadılsın. Qarşı tərəf düzgün ifadələr vermədi. Bu günə qədər iştirak etməməsini psixoloji xəstəliyi ilə əlaqələndiriblər. Zərərçəkən psixoloji xəstəliyinin olması ilə bağlı məhkəməyə özü sənəd təqdim edib. Həmin sənəd erməni tərcüməçisi tərəfindən tərcümə olunub, məhkəməyə təqdim olunub”. Вернуться назад |