Главная > Hadisə / Manset > Ata oğlunun asılmış meyitini tapdı

Ata oğlunun asılmış meyitini tapdı


25-10-2022, 20:41. Разместил: admin
Masallıda intihar hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə bir neçə saat əvvəl rayonun Xıl kəndində qeydə alınıb. 21 yaşlı kənd sakini Fərzəliyev Orxan Şəkərəli oğlu mal-qara saxlanılan tikilidə özünü asıb.

İlkin ehtimala görə, O. Fərzəliyevin uzun müddətdir psixoloji problemləri varmış. Onun meyitini atası Ş. Fərzəliyev hadisədən 2 saat sonra aşkar edib.

Faktla bağlı araşdırma aparılır. İntiharın dəqiq səbəbləri araşdırmanın nəticəsindən sonra bilinəcək.
Вернуться назад