Главная > Hadisə / Manset > Tovuzda ötən ay uşaq dünyaya gətirən 18 yaşlı qadının ölümünə rəsmi REAKSİYA - YENİLƏNİB

Tovuzda ötən ay uşaq dünyaya gətirən 18 yaşlı qadının ölümünə rəsmi REAKSİYA - YENİLƏNİB


18-10-2022, 18:52. Разместил: admin
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Tovuzda baş verən ana ölümü məsələsinə aydınlıq gətirib.

TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2004-cü il təvəllüdlü qadın sentyabrın 28-də saat 07:19 radələrində Tovuz Rayon Mərkəzi Xəstəxanasının Mamalıq və Ginekologiya şöbəsinə yerləşdirilib.

“40 həftəlik hamiləlik, doğuşun birinci dövrü diaqnozu ilə yerləşdirilən pasiyentin saat 09:58 radələrində doğuşu baş tutub və cinsi kişi olan 3 700 çəkidə olan diri uşaq dünyaya gəlib.

29.09.2022-ci il 02:00 radələrində xəstədə kəskin ağciyər və ürək çatışmazlığı baş verib. Həkimlərin səyi nəticəsində pasiyentin vəziyyəti stabilləşib. Həmin gün xəstə Anesteziologiya və reanimasiya şöbəsinə köçürülüb. 30.09.2022-ci il tarixində xəstənin vəziyyəti yenidən pisləşib, kliniki ölüm keçirib və süni tənəffüs aparatına qoşulub. Həkimlərin səyi nəticəsində pasiyentin ürək fəaliyyəti bərpa olunub, vəziyyəti stabilləşib. Oktyabrın 1-də pasiyent Bakı şəhərində yerləşən tibb müəssisəsinə təxliyə edilib. Oktyabrın 8-də xəstə kafi vəziyyətdə xəstəxanadan evə buraxılıb”.

Oktyabrın 17-də yenidən Tovuz Rayon Mərkəzi Xəstəxanasına müraciət edən pasiyentdə ürək və ağciyər çatışmazlığı müşahidə edilib. Göstərilən bütün tibbi xidmətlərə baxmayaraq, Reanimasiya şöbəsinə yerləşdirilən pasiyentin həyatını xilas etmək mümkün olmayıb.

Hazırda bununla bağlı müvafiq orqanlar tərəfindən araşdırma aparılır”, - deyə qurumdan qeyd edilib.

16:03

Tovuz rayonunda ana ölümü hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, 18 yaşlı qadın ötən gün vəfat edib. O, sentyabrın 28-də ana olub.

Dünən halı pisləşən ana ağır vəziyyətdə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkimlərin müdaxiləsinə baxmayaraq, vəfat edib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən saytımıza bildirilib ki, faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.
Вернуться назад