Главная > Hadisə > Astarada su arxına düşən 82 yaşlı kişi ölüb

Astarada su arxına düşən 82 yaşlı kişi ölüb


16-10-2022, 15:19. Разместил: admin
Astarada 82 yaşlı kişi çayda boğularaq ölüb.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, Ərçivan qəsəbəsində yerli sakin, 1940-cı il təvəllüdlü Baldadaş Mənsur oğlu Cəfərov balıq ovu zamanı ehtiyatsızlıqdan suya yıxılıb.

O, köməksiz vəziyyətdə qaldığından suda boğulub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Вернуться назад