Главная > Hadisə / Manset > Türkiyədə mədən partlayışı: Yer altında qalanların bir qismi xilas edildi – YENİLƏNİB

Türkiyədə mədən partlayışı: Yer altında qalanların bir qismi xilas edildi – YENİLƏNİB


14-10-2022, 21:19. Разместил: admin
Türkiyənin Bartın vilayətindəki daş kömür mədənində baş verən partlayışdan sonra yerin altında qalan mədənçilərin bir qısmi xilas edilib.

Bu barədə Bartın valisi Nurtaç Arslan məlumat verib. O, xilas edilənlərin vəziyyətinin normal olduğunu bildirib.

Valinin sözlərinə görə, hazırda 49 nəfər yeraltı mədəndə qalır.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə enerji və təbii ehtiyatlar naziri Fatih Dönməz və daxili işlər naziri Süleyman Soylu bölgədə hadisələri yaxından araşdırmaq üçün Bartına yollanıb.

Həmçinin, hadisə ilə bağlı artıq bölgə prokurorluğu tərəfindən istintaq başladılıb və işə nəzarət üç prokurora tapşırılıb.

Mənbə: TRT

21:20

Türkiyənin şimalında daş kömür mədənində partlayış baş verib. Hadisə Bartın vilayətinin Amasra bölgəsində qeydə alınıb.

Məlumata görə, partlayış nəticəsində 87 mədənçi yerin altında qalıb.

Hazırda onların xilas edilməsi üçün əməliyyat aparılır.

İnsidentin səbəbləri araşdırılır.
Вернуться назад