Главная > Hadisə > Paytaxtda kütləvi dava: Dostlar bıçaqlandılar

Paytaxtda kütləvi dava: Dostlar bıçaqlandılar


14-10-2022, 12:39. Разместил: admin
Bakının Nərimanov rayonunda kütləvi dava olub.

APA xəbər verir ki, Yusif Vəzir Çəmənzəminli küçəsində qeydə alınan hadisədə iki nəfər ağır bədən xəsarətləri alıb.

Belə ki, 1981-ci il təvəllüdlü Sadıqov Elməddin Kamal oğlu və onun dostu 1994-cü il təvəllüdlü Ağabalayev İdris Nazim oğlu bir neçə nəfərlə dava zamanı bıçaqlanaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Həmin şəxslər Kliniki Tibbi Mərkəzə yerləşdirilərək cərrahi əməliyyat olunublar.

Fakt araşdırılır.
Вернуться назад