Главная > Hadisə / Manset > Əri qəzada ölən qadın intihar etdi

Əri qəzada ölən qadın intihar etdi


13-10-2022, 10:18. Разместил: admin
Bakıda intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu Kürdəxanı qəsəbəsində qeydə alınıb. 34 yaşlı Umudova Nahidə Sadiq qızı özünü asaraq, həyatına son qoyub.

Bildirilib ki, Nahidə Umudova bir neçə gün əvvəl paytaxtın Sabunçu rayonunda 3 avtomobilin toqquşması nəticəsində ölən “Mitsubishi Pajero” markalı avtomobilin sürücüsü Fəxri Umudovun həyat yoldaşıdır.

Nahidənin də məhz ərinin ölümünə dözə bilməyib özünü asdığı bildirilir.
Вернуться назад