Главная > Hadisə / Manset > Baku TV-nin əməkdaşı bombardmana məruz qalan Kiyevin mərkəzində - VİDEO

Baku TV-nin əməkdaşı bombardmana məruz qalan Kiyevin mərkəzində - VİDEO


10-10-2022, 18:23. Разместил: admin
Oktyabrın 10-u səhər saatlarında Ukrayna paytaxtının mərkəzi Rusiya Ordusunun raket və dron hücumlarına məruz qalıb.

Ukrayna müdafiə nazirinin müavini Anna Malyarın sözlərinə görə, Rusiya Ordusu bu gün Ukraynaya ümumilikdə 83 raket atıb, onlardan 43-ü zərərsizləşdirilib.


Baku TV-nin Şərqi Avropa bürosu üzrə əməkdaşı Mübariz Aslanov Kiyevdəki son vəziyyəti açıqlayıb.

O bildirib ki, hücum nəticədə 10 nəfər həlak olub, 10-dan çoxu isə ağır yaralanıb. Hazırda hüquq-mühafizə orqanları tərəfindən həlak olan və yaralananların şəxsiyyətləri müəyyənləşdirilir.

“Ərazidəki mülki obyektlər, həmçinin Taras Şevçenko adına Kiyev Milli Universitetinə də ziyan dəyib”, - deyə qeyd edilib.

Ətraflı süjeti təqdim edirik:


Вернуться назад