Главная > Hadisə > Partladılan Krım körpüsünün üzərində helikopterlər uçur, bərələrin hərəkəti dayandı – YENİLƏNİB + FOTO/VİDEO

Partladılan Krım körpüsünün üzərində helikopterlər uçur, bərələrin hərəkəti dayandı – YENİLƏNİB + FOTO/VİDEO


8-10-2022, 15:49. Разместил: admin
Partlayış törədilən Krım körpüsünün üzərində hazırda aviasiya işləyir.

Rusiya KİV-in məlumatına görə, helikopterlər körpünün konstruksiyasının üzərinə su çiləyirlər.

Həmçinin qeyd olunur ki, hava şəraiti səbəbindən Krımda, Kerç boğazında bərələrin işləməsi mümkün deyil.

Rusiyaya ilhaq edilmiş Krımın rəhbəri Sergey Aksyonov bildirib ki, yanğın söndürülən kimi ziyanın həcmini müəyyənləşdirmək mümkün olacaq:

“Krasnodardan Kerçə gedən avtomobil yolunun iki tağı uçub. Kerçdən Tamana gedən avtomobil yolu salamatdır. Yanğın söndürülən kimi körpüyə və dayaqlara dəyən ziyanın həcmi müəyyənləşdiriləcək və ancaq bundan sonra hərəkətin nə zaman bərpa olunacağından danışmaq mümkündür”.

Vladimir Putinin sözçüsü Dmitri Peskov isə Krım körpüsünün hansı müddətdə bərpa ediləcəyi barədə proqnozların hələ ki olmadığını açıqlayıb.

11:26

Krım körpüsündə dizel yanacağı daşıyan dəmiryolu qatarlarında yanğın söndürülüb.

Bu barədə məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyi yayıb.





Вернуться назад