Главная > Hadisə / Manset > Qadın beş yaşlı qızın sırğasını oğurladı

Qadın beş yaşlı qızın sırğasını oğurladı


7-10-2022, 18:19. Разместил: admin
Sumqayıtda azyaşlıya qarşı soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyi xəbər verir ki, oktyabrın 5-də şəhərin 6-cı mikrorayonu ərazisində beş yaşlı qızın qızıl sırğası soyğunçuluq yolu ilə talanıb.

Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Mətanət Səlimzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.
Вернуться назад