Главная > Hadisə > “Respublikanski”də ana və yeni doğulmuş körpəsi üç saat ara ilə öldülər
“Respublikanski”də ana və yeni doğulmuş körpəsi üç saat ara ilə öldülər4-10-2022, 11:20. Разместил: admin |
Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yeni ana olmuş qadın və körpəsi ölüblər. “Qafqazinfo” xəbər verir ki, oktyabrın 2-də saat 04 radələrində Yasamal rayonunda yerləşən xəstəxanaya gətirilmiş 1985-ci il təvəllüdlü Abdullayeva Gülnar İlham qızı təbii yolla qız uşağı dünyaya gətirib. Təxminən 6 saat sonra G.Abdullayeva xəstəxanada qəfil vəfat edib. Bundan 3 saat sonra isə onun dünyaya gətirdiyi qızı ölüb. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. Вернуться назад |