Главная > Hadisə / Manset > Bakıda şadlıq sarayında faciəvi hadisə: Ölən var

Bakıda şadlıq sarayında faciəvi hadisə: Ölən var


3-10-2022, 14:31. Разместил: admin
Bakıda şadlıq sarayında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Xətai rayonu Babək prospektində yerləşən “Şahzadə” şadlıq sarayında keçirilən toyda qonaq olan 1964-cü il təvəllüdlü Behbud Ələkbərov ehtiyatsızlıqdan pilləkəndən yıxılıb.

Ağır kəllə-beyin travması alan şəxs xəstəxanaya çatdırılsa da, vəfat edib.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад