Главная > Hadisə / Manset > Yol qəzasında həlak olan tələbə məmur oğlu imiş - FOTO
Yol qəzasında həlak olan tələbə məmur oğlu imiş - FOTO28-09-2022, 10:50. Разместил: admin |
Bir neçə gün əvvəl yol qəzası zamanı həlak olan Dövlət Gömrük Komitəsinin Akademiyasının 2-ci kurs tələbəsi, 2004-cü il təvəllüdlü Elvin Əzizli məmur oğlu imiş. “Qaynarinfo” xəbər verir ki, Elvin Əzizli Dövlət Əmək Müfəttişliyinin Mil-Muğan Regional şöbəsinin rəisi Şahin Əzizlinin oğludur. Qeyd edək ki, 23 sentyabr tarixində Firdovsi Eyvazov idarə etdiyi “KamAZ” markalı, 99-XD-495 dövlət qeydiyyat nişanlı yük maşını ilə iki piyadanı vurub. Nəticədə Dövlət Gömrük Komitəsinin əməkdaşı Rəsulova Sevgi Arzu qızı və 2004-cü il təvəllüdlü Əzizli Elvin Şahin oğlu hadisə yerində həlak olublar. Вернуться назад |