Главная > Hadisə / Manset > “Şimal axını” kəmərində qaz sızması qeydə alındı: Gəmilərin hərəkəti üçün təhlükə yarandı

“Şimal axını” kəmərində qaz sızması qeydə alındı: Gəmilərin hərəkəti üçün təhlükə yarandı


27-09-2022, 15:14. Разместил: admin
Danimarkanın Bornholm adasının şimal-şərqindəki iqtisadi zonada qaz sızması qeydə alınıb.

Bu barədə Danimarka Dəniz Administrasiyasının saytında dərc edilmiş naviqasiya xəbərdarlığında məlumat verilir.

“Şimal axını” qaz kəmərinin marşrutu adanın şimal-şərqindən keçir.

Xəbərdarlığa əsasən, qaz sızması səbəbindən gəmilərin hərəkəti üçün təhlükə yaranıb. Bununla əlaqədar olaraq, sızmaların qeydə alındığı koordinatların ətrafında beş dəniz mili uzunluğunda qeyri-naviqasiya zonaları yaradılıb.
Вернуться назад