Главная > Hadisə / Manset > Lənkəranda 16 yaşlı qız itkin düşdü

Lənkəranda 16 yaşlı qız itkin düşdü


24-09-2022, 09:02. Разместил: admin
Lənkəranda 16 yaşlı qız itkin düşüb.

“Report”un məlumatına görə, itkin düşən şəxs rayonun Zövlə kənd sakini, 2006-cı il təvəllüdlü kənd sakini Şahnaz Elşad qızı Hüseynovadır.

Yoldaşlarının dediyinə görə, o ötən gün saat 12:30-da məktəbdən çıxıb. Qızlarının məktəbdən qayıtmadığını görən valideynləri narahat olublar. Onu hər yerdə axtarsalar da, heç bir məlumat ala bilməyiblər.

Ş.Hüseynovanın itkin düşməsi ilə bağlı polisə məlumat verilib.
Вернуться назад