Главная > Hadisə > Bakıda avtomobil 2 yaşlı körpənin üstündən keçib

Bakıda avtomobil 2 yaşlı körpənin üstündən keçib


2-08-2020, 07:54. Разместил: azadses
Bakıda körpənin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Yeni Günəşli qəsəbəsində avtomobil 2018-ci il təvəllüdlü Məmmədli Ömür Asim qızının üzərindən keçib. Ağır bədən xəsarətləri alan 2 yaşlı körpə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş və qarnın küt travması, çanaq sümüklərinin sınıqları diaqnozları qoyulub.
Ö.Məmmədlinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Вернуться назад