Главная > Hadisə > Salyanda qoşqunun altında qalaraq ölən şəxsin kimliyi məlum oldu - YENİLƏNİB

Salyanda qoşqunun altında qalaraq ölən şəxsin kimliyi məlum oldu - YENİLƏNİB


18-09-2022, 15:49. Разместил: admin
Salyanda qoşqunun altında qalaraq ölənin şəxsiyyəti məlum olub.

“Report”un məlumatına görə, bu, Türkiyə vətəndaşı, 1980-ci il təvəllüdlü Krutas Süleymandır.

İlkin məlumata görə, K.Süleyman idarə etdiyi “Mersedes” markalı yük maşını ilə Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən anidən qoşqunun təkəri partlayıb. Sürücü təkəri dəyişmək məqsədilə yük maşınını yolun təhlükəsiz hissəsinə çıxarıb. Bu zaman qoşqu sürüşüb və sürücü altında sıxılmış vəziyyətdə qalaraq ölüb.

Hadisə yerinə gələn FHN-nin Muğan Regional Mərkəzinin xilasediciləri tərəfindən sıxılmış vəziyyətdə qalan sürücünun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

12:54

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, rayon ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı yük avtomobilinin qoşqusunun altında bir nəfər sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində qoşqunun altından bir nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Вернуться назад