Главная > Hadisə / Manset > Pakistanda son daşqından sonra 1500-ə yaxın meyit tapılıb

Pakistanda son daşqından sonra 1500-ə yaxın meyit tapılıb


16-09-2022, 20:46. Разместил: admin
Pakistanda son daşqınlar nəticəsində ölənlərin sayı 1500-ə yaxınlaşır.

Təbii fəlakət səbəbindən yüz minlərlə insan evsiz qalıb və açıq hava altında gecələyir.

Rekord səviyyədə yağan musson yağışları və dağlarda buzlaqların əriməsi nəticəsində yaranan daşqınlar 33 milyon insana ziyan vurub.

Daşqın önünə çıxan evləri, maşınları, əkin sahələrini və mal-qaranı məhv edib. Fəlakət nəticəsində dəyən zərər 30 milyard dollar dəyərində qiymətləndirilir.

Milli Fəlakətlərin İdarə Edilməsi Təşkilatının məlumatına görə, ölənlərin sayı 1486 nəfər təşkil edir. Onlardan 530-a yaxını uşaqdır.
Вернуться назад