Главная > Hadisə / Manset > Bakıda ana bir yaşlı uşağının yeməyinə zəhər qataraq onu öldürdü
Bakıda ana bir yaşlı uşağının yeməyinə zəhər qataraq onu öldürdü12-09-2022, 15:49. Разместил: admin |
Sentyabrın 9-da Suraxanı rayonu Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü uşağın ölməsi barədə Suraxanı Rayon Prokurorluğuna məlumat daxil olub. Bu barədə Suraxanı Rayon Prokurorluğundan məlumat verilib. Aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nərgiz Bağıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir. Вернуться назад |