Главная > Hadisə / Manset > Azərbaycanlı dənizçilərin də olduğu gəmiyə hücumla bağlı yeni FAKTLAR
Azərbaycanlı dənizçilərin də olduğu gəmiyə hücumla bağlı yeni FAKTLAR11-09-2022, 19:00. Разместил: admin |
Yunanıstanın Sahil Mühafizəsi tərəfindən atəşə tutulan heyətində azərbaycanlıların da olduğu “Anatolian” adlı gəmi Türkiyənin Çanaqqala boğazına yan alıb. Türkiyənin Sahil Mühafizə Komandanlığının iki gəmisinin müşayiət etdiyi gəmi Qaranlıq liman adlı ərazidə lövbər salıb. “Əvvəlcə iki gəmi gəldi, atəşə davam etdi. Gəminin “körpü üzəri” dediyimiz hissəsinə doğru nişan aldılar, ora atəş açdılar. Türkiyə gəmilərinin gəldiyini gördükdə bölgəni tərk etdilər. Anons edə bilərdilər. Gəmini dayandırmağın bir çox yolu, üsulu, qaydası var. Məhkəmə qərarı verə bilərdilər, bayrağın aid olduğu dövlətə xəbərdarlıq edə bilərdilər. Məlumat verib, icazə ala bilərdilər. Biz tək gəmi deyilik ki, o sularda minlərlə gəmi var”, - deyə gəminin aid olduğu şirkətin rəsmisi Cengiz Oluc bildirib. C.Olucun sözlərinə görə, hadisə zamanı “körpü üzəri” adlanan hissədə şüşə sınıb, bundan başqa gəmiyə zərər dəyməyib. Вернуться назад |