Главная > Hadisə > Bakıda ödəmə terminalından oğurluq edilib

Bakıda ödəmə terminalından oğurluq edilib


3-09-2022, 15:22. Разместил: admin
Bakıda ödəmə terminalı və marketdən oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki marketlərin birində quraşdırılmış ödəmə terminalından 8 000 manat, digər mağazadan isə 250 manat oğurlamaqda şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş - Şabran rayon sakini T.Əmiraslanov və Xocalı şəhər sakini E.Zeynalov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад