Главная > Hadisə / Manset > Türkiyədə azərbaycanlının qətli ilə bağlı detallar bəlli oldu - YENİLƏNİB
Türkiyədə azərbaycanlının qətli ilə bağlı detallar bəlli oldu - YENİLƏNİB3-09-2022, 14:16. Разместил: admin |
Türkiyədə azərbaycanlının qətlə yetirilməsi ilə bağlı hadisənin bəzi detalları məlum olub. DHA-nın məlumatına görə, hadisə saat 22:00 radələrində (Bakı vaxtı ilə 23:00) İstanbulun Fatih rayonunun Seyyid Ömər məhəlləsində baş verib. Sırrıpaşa küçəsində üzv olduğu idman zalına gələn Ceyhun Ələkbərova naməlum səbəbdən 2 nəfər atəş açıb. Açılan atəş nəticəsində Ələkbərov qan içində yerə yıxılıb, şübhəlilər isə sürətlə hadisə yerindən qaçıblar. İşçilər dərhal polisə və təcili yardıma vəziyyətlə bağlı məlumat veriblər. Hadisə yerinə gələn tibb işçiləri Ələkbərovun öldüyünü müəyyən ediblər. Bu zaman Fatih Rayon Polis Şöbəsində patrul xidməti aparan mühafizəçiləri 2 şübhəlinin qaçdığını görüblər. Şübhəlilər xəbərdarlıqlara məhəl qoymayaraq qaçmağa davam ediblər. Şübhəliləri bir müddət təqib edən məhəllə mühafizəçiləri qısa müddətdə onları yaxalayıblar. Mühafizəçilər tərəfindən aparılan yoxlamada şübhəlilərin – rusiyalı L.G və Azərbaycan əsilli Z.A-nın üzərindən 2 ədəd silah götürülüb. Şübhəlilər dindirilmək üçün Şehremini Polis İdarəsinə aparılıblar. Ələkbərovun cənazəsi Yenibosna Ədliyyə Tibb Morquna aparılıb. Hadisə ilə əlaqədar araşdırma başlayıb. Mənbə: Cümhuriyyet 12:02 İstanbul şəhərinin Fatih bölgəsindəki idman zalında silahlı insident yaşanıb. “Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, Seyyid Ömer məhəlləsində yerləşən idman zalında bir nəfər güllələnərək öldürülüb. Hadisə yerinə polis və təcili yardım briqadası cəlb olunub. Məlumata görə, idman zalında qətlə yetirilən şəxs Ceyhun Beyləqanlı adı ilə tanınan azərbaycanlıdır. Sosial şəbəkələrdə yayılan informasiyaya görə, o, kriminal aləmə yaxın şəxsdir. Onun Yadigar adlı digər azərbaycanlı tərəfindən qətlə yetirildiyi iddia edilir. Türkiyə mediasında hələ ki, idman zalında güllələnən şəxsin kimliyi ilə bağlı məlumat yer almayıb. Вернуться назад |