Главная > Hadisə / Manset > Bakıda itkin düşən yeniyetmə bacılar tapıldılar - YENİLƏNİB
Bakıda itkin düşən yeniyetmə bacılar tapıldılar - YENİLƏNİB31-08-2022, 12:36. Разместил: admin |
![]() “Report”un məlumatına görə, onlar yaşadıqları ünvana geri qayıdıblar. Məlum olub ki, 13 və 14 yaşlı bacılar ailə üzvlərinə getdikləri ünvan barədə məlumat vermədən evi tərk ediblər. Hazırda onların vəziyyəti normaldır. 09:48 Bakıda gənc bacılar itkin düşüblər. “Report”un əldə etdiyi məlumata görə, hadisə avqustun 28-də paytaxtın Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda qeydə alınıb. Belə ki, 2009-cu il təvəllüdlü Abdullayeva Şəfiqə Malik qızı və onun kiçik bacısı, 2008-ci il təvəllüdlü Abdullayeva Arzu Xaliq qızı yaşadıqları ünvandan çıxıb və bir daha geri qayıtmayıblar. Hazırda faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsində araşdırma aparılır. Вернуться назад |