Главная > Hadisə > Gəncədə yeniyetmə qumbara alışdırıcısına toxundu, partlayış baş verdi: Yaralanan var

Gəncədə yeniyetmə qumbara alışdırıcısına toxundu, partlayış baş verdi: Yaralanan var


30-08-2022, 10:46. Разместил: admin
Gəncə şəhər sakini qumbara alışdırıcısının partlaması nəticəsində yaralanıb.

Şəhər sakini 15 yaşlı şəxs yaşadığı evin yanındakı məişət tullantıları qabının yanında qumbara alışdırıcısını tapıb.

O, həmin alışdırıcıya toxunarkən partlayışı baş verib və bu zaman həmin ərazidən keçən N.Mustafayeva aşağı ətrafların, sol qolun, üz nahiyəsinin müxtəlif didilmiş-deşilmiş yarası alaraq xəstəxanaya müraciət edib.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад