Главная > Hadisə / Manset > Bakıda bir ailənin 4 üzvü yol qəzasına düşüb

Bakıda bir ailənin 4 üzvü yol qəzasına düşüb


28-08-2022, 09:32. Разместил: admin
Bakıda xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Buzovna qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində ər, arvad və 2 övladları (şəxsiyyətləri dəqiqləşdirilir-red) xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Qəza zamanı xəsarət alan azyaşlılardan biri - 2008-ci il təvəllüdlü Məhərrəmli Səid İftixar oğlunun kimliyi müəyyən olunub.

Hadisənin təfərrüatı araşdırılır.
Вернуться назад