Главная > Hadisə / Manset > Bakıda həyətdə qumbara partladılması ilə bağlı cinayət işi başlanılıb
Bakıda həyətdə qumbara partladılması ilə bağlı cinayət işi başlanılıb25-08-2022, 11:23. Разместил: admin |
Avqustun 23-ü gecə saat 3 radələrində paytaxtın Sabunçu rayonu Pirşağı qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin həyətində əl qumbarasının partladılması barədə rayon prokurorluğuna məlumat daxil olub. Sabunçu Rayon Prokurorluğundan verilən məlumata görə, 1983-cü il təvəllüdlü İntizam Nəcəfovun keçmiş arvadının anası və uşaqları ilə birlikdə yaşadığı evə gəlib onları öldürməklə hədələyib döyüşə hazır vəziyyətə gətirdiyi əl qumbarasını evin həyətinə atmasına, daha sonra hadisə yerinə gəlmiş polis əməkdaşları onunla profilaktik söhbət aparan zaman yenidən əvvəlcədən əlində hazır vəziyyətdə olan qumbaranı həyətə ataraq partlatmasına əsaslı şübhələr müəyyən edilib. Baş vermiş hadisə ilə bağlı xəsarət alan olmayıb. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. İntizam Nəcəfov şübhəli şəxs qismində saxlanılıb. Cinayət işi üzrə istintaq tədbirləri davam edir. Вернуться назад |