Главная > Hadisə / Manset > Özünü kanala ataraq intihar edən şəxsin kimliyi bəlli oldu - YENİLƏNİB
Özünü kanala ataraq intihar edən şəxsin kimliyi bəlli oldu - YENİLƏNİB20-08-2022, 12:14. Разместил: admin |
Yevlaxda gənc xanım özünü Yuxarı Qarabağ kanalına atıb. “Unikal”ın məlumatına görə, hadisə kanalın Aran qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib. 1999-cu il təvəllüdlü Əliyeva Ayişə Şəmsi qızı özünü kanala ataraq intihar edib. Meyitin tapılması üçün əraziyə Şəmkir dalğıc axtarış qrupu əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. 09:09 Yuxarı Qarabağ kanalında bir nəfər batıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Nazirliyin “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Вернуться назад |