Главная > Hadisə / Manset > İşlətdiyi kafenin su hovuzuna yıxılan kişi öldü

İşlətdiyi kafenin su hovuzuna yıxılan kişi öldü


19-08-2022, 22:08. Разместил: admin
Ağdamda bədbəxt hadisə baş verib.

APA-nın xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. Rayonun Üçoğlan kənd sakini İbrahimov Şəmsəddin Abdulla oğlu işlətdiyi “Dostluq” adlı kafenin həyətində olan su hovuzuna yıxılıb. Ş.İbrahimov kəllə-beyin travması ilə Bərdə Diaqnostika Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад