Главная > Hadisə / Manset > Bakıda yeniyetmə üçüncü mərtəbədən avtomobilin üstünə düşüb
Bakıda yeniyetmə üçüncü mərtəbədən avtomobilin üstünə düşüb17-08-2022, 11:28. Разместил: admin |
Bakıda yeniyetmə ağır xəsarət alıb. “Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. 2008-ci il təvəllüdlü N.Mahmudova yaşadığı evin üçüncü mərtəbəsinin eyvanından ehtiyatsızlıqdan yıxılaraq parklanmada olan avtomobilin üzərinə düşüb. Yeniyetmə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır. Вернуться назад |