Главная > Hadisə / Manset > Bakıda evin damında meyit tapıldı

Bakıda evin damında meyit tapıldı


16-08-2022, 20:49. Разместил: admin
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə Bakı şəhərinin Nərimanov rayonunda birmərtəbəli fərdi yaşayış evinin damından 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Görülən tədbirlər nəticəsində meyit aşağı düşürərək aidiyyəti üzrə təhvil verilib.
Вернуться назад