Главная > Hadisə / Manset > İrəvandakı yanğında ölənlərin sayı artıb – YENİLƏNİB + FOTO

İrəvandakı yanğında ölənlərin sayı artıb – YENİLƏNİB + FOTO


14-08-2022, 22:05. Разместил: admin
İrəvanın “Surmalu” bazarında baş verən partlayış və yanğında ölənlərin sayı iki, yaralananların sayı isə 60 nəfərə çatıb.

Bu barədə Respublika Səhiyyə Nazirliyinin mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb.

“Hazırda partlayış nəticəsində ölənlərin sayı iki nəfərdir. Müxtəlif tibb məntəqələrinə köçürülən zərərçəkənlərin sayı 60-a çatıb. Onlardan 22-i müayinədən sonra evə buraxılıb”, - məlumatda bildirilib.

19:35

İrəvanın “Surmalu” ticarət mərkəzində baş verən partlayış zamanı xəsarət alanların sayı 57 nəfərə çatıb.

Bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, yaralanan 36 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin isə qənaətbəxşdir.

Bildirilir ki, dağıntılar altında xeyli insan qalıb.

Mənbə: Sputnik

17:40

Bazar günü İrəvanın “Surmalu” topdansatış bazarında baş vermiş partlayış və yanğın nəticəsində 51 nəfər xəsarət alıb.

Bu barədə jurnalistlərə Ermənistan Fövqəladə Hallar Nazirliyinin Xilasetmə Xidmətinin rəhbəri Arsen Qasparyan məlumat verib: “Hazırda 51 zərərçəkən barədə məlumatımız var. Həm yanğının söndürülməsi, həm də xilasetmə əməliyyatlarının aparılması baxımından əməliyyat vəziyyəti ağır olaraq qalır”, - o, bildirib.

Mənbə: kp.ru

15:32

İrəvanda partlayış və yanğının baş verən “Surmalu” topdansatış bazarında tikililər dağılıb, insanlar dağıntılar altında qalıb.

Şəhər meriyasının məlumatına görə, hazırda xilasedicilər zərərçəkənləri axtarır.

Polis həlak olanların yaxınlarını hadisə yerinə buraxmır. Ərazidəki pirotexniki vasitələr hələ də partlamağa davam edir. İnsident nəticəsində yaralananların sayı artıq 20-yə çatıb. Hələlik 1 nəfərin öldüyü təsdiqlənib. Ölən və xəsatər alanların sayının artacağı gəzlənilir.

Mənbə: TASS

14:40

İrəvandakı partlayışın təfərrüatları məlum olub.

Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, partlayış pirotexniki vasitələr anbarında baş verib, bundan sonra yanğın başlayıb. Yanğın 3-cü kateqoriyaya aid edilib. Hadisə şahidlərinin sözlərinə görə, partlayış nəticəsində ölənlər var. Təcili yardım xidmətinin rəhbəri yeddi zərərçəkənin xəstəxanalara çatdırıldığını deyib.



İrəvanda partlayış olub.

Məlumata görə, hadisə “Surmalu” ticarət mərkəzində qeydə alınıb.

Partlayış zamanı xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə fövqəladə xidmətlərin əməkdaşları cəlb edilib.
Вернуться назад