Главная > Hadisə / Manset > Bakıda fəhlə faciəvi şəkildə öldü
Bakıda fəhlə faciəvi şəkildə öldü13-08-2022, 14:19. Разместил: admin |
Bakıda fəhlə faciəvi şəkildə ölüb. Bu barədə Nərimanov Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, avqustun 12-i saat 09 radələrində paytaxtın Nərimanov rayonu, M.Araz 92 ünvanında 1983-cü il təvəllüdlü Aqil Əliyevin fəhlə kimi işlədiyi üçmərtəbəli binanın zirzəmisində elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə istintaq davam etdirilir. Вернуться назад |