Главная > Hadisə / Manset > Babadağda ölən şəxsin meyitinin axtarışından görüntülər - VİDEO

Babadağda ölən şəxsin meyitinin axtarışından görüntülər - VİDEO


9-08-2022, 19:05. Разместил: admin
Avqustun 6-da İsmayıllı rayonu ərazisində Babadağda həlak olduğu bildirilən Məmmədov Mübariz Əliağa oğlu meyitinin axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin axtarış-xilasetmə qrupları təlim görmüş itlərdən, xüsusi alpinist avadanlıq və ləvazimatlarından istifadə etməklə dumanlı və çiskinli hava şəraitində sıldırımlı qayalarda və səthi buz bağlamış yarğanlarda axtarışlar aparırlar.

Çətin keçilən yerlərdə axtarış-xilasetmə işlərində drondan da istifadə olunur. Axtarışa Daxili İşlər Nazirliyinin əməkdaşları da cəlb olunub.

Əlavə məlumat veriləcək.


Вернуться назад