Главная > Hadisə > Uzun müddət xəstəlikdən əziyyət çəkən kişi özünü asdı
Uzun müddət xəstəlikdən əziyyət çəkən kişi özünü asdı9-08-2022, 15:00. Разместил: admin |
Qaxda intihar hadisəsi baş verib. APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Əmircan kəndində qeydə alınıb. Kənd sakini 1959-cu il təvəllüdlü Valeh Ramazan oğlu Ramazanovun meyiti yaşadığı ünvanda asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilib. Uzun müddət xəstəlikdən əziyyət çəkən Valeh Ramazanovun intihar etdiyi məlum olub. Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır. Вернуться назад |