Главная > Hadisə / Manset > Azyaşlı qız qaynar suda yandı

Azyaşlı qız qaynar suda yandı


6-08-2022, 11:34. Разместил: admin
5 yaşlı qız qaynar suda yanıb.

Hadisə Zaqatala rayonunun Muxax kəndində baş verib.

Belə ki, kənd sakini, 2017-ci il təvəllüdlü Dəmirova Xanım Bayram qızı evdə oynayan zaman ehtiyatsızlıqdan qaynar su olan qabın içinə düşüb.

Azyaşlı yaxınları tərəfindən Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xanım Dəmirovaya xəstəxanada 2-3-cü dərəcəli termiki yanıq xəsarəti dioqnozu qoyulub. Ona xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra, vəziyyəti ağır olduğu üçün müayinə və müalicəsini davam etdirmək məqsədilə Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад