Главная > Hadisə / Manset > Qazaxda toyda mübahisə düşüb, bıçaqlanan var

Qazaxda toyda mübahisə düşüb, bıçaqlanan var


31-07-2022, 10:18. Разместил: admin
Qazax rayonunda yerli sakin mübahisə zəminində bıçaqlanıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Quşçu Ayrım kəndində qeydə alınıb.

Kənd sakini, 1997-ci il təvəllüdlü İ.Süleymanov kənd ərazisində keçirilən toy mərasimi zamanı mübahisə zəminində bıçaqlanıb.

O, iki bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb
Вернуться назад