Главная > Hadisə > Şəkidə yol qəzalarında dörd nəfər xəsarət aldı - FOTO

Şəkidə yol qəzalarında dörd nəfər xəsarət aldı - FOTO


30-07-2022, 19:20. Разместил: admin
Şəkidə günorta saatlarında iki yol qəzası baş verib.

APA-nın məlumatına görə, qəzalardan biri Şəki-Oğuz yolunda qeydə alınıb. Qəzada şəhər sakinləri - 1968-ci il təvəllüdlü İlqar Camaləddin oğlu Həmzətov və onun həyat yoldaşı, 1968-ci il təvəllüdlü Bahar Rəcəb qızı Bilalova xəsarət alıblar.

Öyrət kəndi ərazisində baş verən yol qəzası nəticəsində isə rayonun Oxut kənd sakinləri - 1993-cü il təvəllüdlü Ramiz Qüdrət oğlu Bəkirli və həyat yoldaşı Könül Bayram qızı Bəkirli xəsarət alıblar.

Hər iki qəzada xəsarət alanlar Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.









Вернуться назад