Главная > Hadisə / Manset > Azərbaycanda 51 yaşlı “seyid” azyaşlı oğlana təcavüz etdi
Azərbaycanda 51 yaşlı “seyid” azyaşlı oğlana təcavüz etdi28-07-2022, 16:47. Разместил: admin |
Ucarda azyaşlı oğlanla intim əlaqədə olan şəxs həbs edilib. Ucar Rayon Polis Şöbəsindən “Unikal”a verilən məlumata görə, 51 yaşlı Ağayev Ceyhun barəsində Ucar Rayon Məhkəməsi tərəfindən 27 iyul 2022-ci tarixində üç aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, 1971-ci il təvəllüdlü Ağayev Ceyhunu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci (On altı yaşına çatmayan şəxslə intim əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə - eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsinə əsasən, üç ildən altı ilə qədər həbs cəzası gözləyir. İstintaq işləri yekunlaşana qədər o, Şəki şəhərində yerləşən həbsxanada qalacaq. Onu da deyək ki, C.Ağayev Ucar rayonunda seyid kimi tanınır və onun məsciddə yeniyetmələri öz ətrafına yığması ilə bağlı iddialar var. Bununla bağlı Ucar məscidinin axundu Rəhimov Elnur açıqlamasında bildirib ki, sözügedən şəxs məscidə yalnız namaz qılmaq məqsədi ilə gəlib: “Bizim mədrəsə qeydiyyatımız olmadığı üçün Quran dərsləri keçmək kimi bir ixtiyarımız yoxdur. Ona görə də Ağayev Ceyhunun guya məsciddə yeniyetmələrə Quran öyrətməsi iddiaları həqiqəti əks etdirmir. Onun heç bir dini təhsili və fəaliyyəti yoxdur. Bizdə iki qurumun - Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin - kameraları var. O kameralara da sözügedən qurumlar nəzarət edir. Bizim özümüzün şəxsi kameramız yoxdur. İndi bu məsələdə məscidin adı hallanır, lakin o, son zamanlar məscidə nadir hallarda gəlirdi”. Bildirək ki, 51 yaşlı C.Ağayev iki dəfə ailəli olub. Onun ilk evliliyindən bir qızı var. Вернуться назад |