Главная > Hadisə / Manset > Azərbaycanda sevgilisi tərəfindən bıçaqlanan qız öldü - YENİLƏNİB

Azərbaycanda sevgilisi tərəfindən bıçaqlanan qız öldü - YENİLƏNİB


27-07-2022, 17:00. Разместил: admin
Balakəndə küçədə bıçaqlanan 21 yaşlı qız ölüb.

Oxu.Az xəbər verir ki, Emilya Abdurahmanova yerləşdirildiyi Balakən Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

13:34

Balakəndə küçədə 21 yaşlı qız bıçaqlanıb.

Oxu.Az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin mərkəzində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Elton Layıcov qeyri-rəsmi münasibətdə olduğu 2001-ci il təvəllüdlü Emilya Abdurahmanovaya qısqanclıq zəminində boynundan bıçaqla xəsarət yetirib.

Yaralı Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, E.Layıcov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад