Главная > Hadisə / Manset > Bərdədə kişi arvadının evini yandırıb, azyaşlı qızını isə bıçaqlayıb - FOTO

Bərdədə kişi arvadının evini yandırıb, azyaşlı qızını isə bıçaqlayıb - FOTO


24-07-2022, 14:15. Разместил: admin
Bərdə də kişi arvadının evini yandırıb.

“Report” xəbər verir ki, hadisə ötən gecə rayonun Əliyanlı kəndində qeydə alınıb.


Belə ki, 1993-cü il təvəllüdlü Abdullayev Şikar Nurəddin oğlu, ondan boşanmaq istəyən həyat yoldaşı Kərimova Cəmilə Firdovsi qızına məxsus olan evi yandırıb.

Məlumata görə, Ş.Abdullayev C.Kərimovanın ikinci həyat yoldaşı olub. Son vaxtlar onlar arasında tez-tez ailə münaqişəsi baş verir. Bu səbəbdən Cəmilə Məmmədova boşanmaq üçün məhkəməyə müraciət edib. Lakin Ş.Abdullayev evi yandıracağı ilə hədələyib.

Ötən gecə saat 23 radələrində evə gələn Ş.Abdullayev həyat yoldaşına fiziki zor tətbiq edərək onu döyüb. Əri tərəfindən boğulmaq təhlükəsi ilə üzləşən qadın qonşuları köməyə çağırıb. Ş.Abdullayev Cəmilənin birinci həyat yoldaşından olan qızı 9 yaşlı Fatimə İsmayıl qızı Orucovanın sağ qoluna bıçaq xəsarəti yetirib.

Qonşuların köməyə gəldiyini görən Ş.Abdullayev hadisə yerindən qaçıb.

Hadisə ilə bağlı hüquqi təhqiqat aparılması üçün hüquq mühafizə orqanlarına məlumat verilib.




Вернуться назад