Главная > Hadisə > Odessaya raket hücumu nəticəsində YUNESKO-nun siyahısında olan muzeyə ziyan dəyib - FOTO
Odessaya raket hücumu nəticəsində YUNESKO-nun siyahısında olan muzeyə ziyan dəyib - FOTO24-07-2022, 11:37. Разместил: admin |
Rusiya ordusunun raket hücumu nəticəsində Odessa İncəsənət Muzeyi qismən zədələnib. Bu barədə Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyindən məlumat verilib. Bildirilib ki, muzey YUNESKO-nun ilkin siyahısındadır. “Partlayış dalğası Odessa İncəsənət Muzeyinin binasının pəncərələrini qırıb. Xoşbəxtlikdən tələfat olmayıb. Muzey dərhal dəymiş ziyanı aradan qaldırmaq üçün işə başlayıb”, - nazirlikdən bildirilib. Nazirlik YUNESKO və beynəlxalq ictimaiyyəti Rusiyanın raket zərbələrini dayandırmaq üçün mümkün olan hər şeyi etməyə çağırıb. Xatırladaq ki, bu gün, iyulun 23-də səhər saatlarında Rusiya Odessa Dəniz Ticarət Limanına “Kalibr” tipli qanadlı raketlərlə hücum edib. Hücum nəticəsində yaralananlar var. Вернуться назад |