Главная > Hadisə / Manset > Bakıda 3 nəfəri avtomobil vurub: Vəziyyətləri ağırdır
Bakıda 3 nəfəri avtomobil vurub: Vəziyyətləri ağırdır23-07-2022, 11:40. Разместил: admin |
![]() APA xəbər verir ki, hadisələrin hər üçü də yolun piyada üçün müəyyən edilməmiş hissəsində qeydə alınıb. Əhmədli qəsəbəsində yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Həsənxanova Marina Eduard qızını minik avtomobili vurub. Yaralı ağır kəllə-beyin travması və sınıq xəsarətləri alıb. Digər analoji hadisə Qum adası ərazisində baş verib. 1996-ci il təvəllüdlü Heydərov Altun Vüqar oğlunu yük maşını vurub. Həmin şəxs ağır bədən xəsarətləri alıb. Bakı Nəqliyyat Agentliyinin qarşısında - yolun müəyyən edilməmiş hissəsindən keçən 1964-cü il təvəllüdlü Göyüşov Müslüm Gülüstan oğlunu da maşın vurub. Yaralı piyada qapalı kəllə-beyin travması sağ bud sümüyünün sınığı diaqnozları ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Hər üç faktla bağlı avtotexniki ekspertiza təyin edilib. Araşdırmalar aparılır. Вернуться назад |